
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenski Fransa prezidenti Makrona İstanbulda Rusiya tərəfi ilə üçüncü görüşün nəticələri barədə məlumat verib.
"Biz yeni məhbus mübadiləsi ilə bağlı razılığa gələ bildik. Avqustun sonuna qədər sammitin keçirilməsi təklifimizlə bağlı cavab gözləyirik. Avropanın nümayəndələri iştirak etməlidir", - Zelenski bildirib.
Zelenski əlavə edib ki, Kiyev Moskvaya daha yüksək səviyyədə liderlərin görüşünü keçirməyi təklif edib. O qeyd edib ki, növbəti raundda Putinlə keçirilən görüşdə Ukrayna ilə yanaşı, Rusiya, ABŞ, Türkiyə və Avropa ölkələrinin liderlərinin iştirak etməlidir.
Rusiya və Ukrayna arasında danışıqların sonuncu raundu iyulun 23-də İstanbulda baş tutub.
Görüş barədə məlumat verərkən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, prinsipcə hər iki tərəf Zelenski ilə Putin arasında zirvə görüşünün keçirilməsinə razılaşıb, lakin görüşün şərtləri ilə bağlı fikir ayrılığı yaranıb.