Azərbaycan Əlifbası və Dili Günü - bu yalnız keçmişə deyil, həm də gələcəyə olan məsuliyyətin göstəcisidir

Azərbaycan Əlifbası və Dili Günü - bu yalnız keçmişə deyil, həm də gələcəyə olan məsuliyyətin göstəcisidir
Hər il 1 avqust tarixində Azərbaycanda Azərbaycan Əlifbası və Dili günü qeyd olunur.Bu əlamətdar gün Azərbaycan xalqının milli kimliyinin, zəngin mədəniyyətinin və ana dilinə olan dərin sevginin göstəricisidir.
Umumilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi dilçilik sahəsində də məqsədyönlü siyasətinin tarixi nəticələrindən biri kimi Azərbaycan dilinin dövlət dili olaraq geniş istifadə edilməsi və latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə nail olmasını qeyd etmək olar.
Azərbaycan Əlifbası və dili günü ilk dəfə 2001-ci ildə, ümumilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilib. Bu tarix təsadüfü olaraq seçilməyib. 2001-ci ilin 1 avqustunda Azərbaycanda latın qrafikalı yeni Azərbaycan əlifbasına keçid rəsmi olaraq başa çatmışdır.Beləliklə Azərbaycan xalqı öz dilini daha müasir bir yazı sistemi ilə ifadə etməyə başladı. Latın əlifbası ilə yazı dilimizin daha səlis və texnoloji mühitə uyğun şəkildə inkişafına şərait yaradıldı.Həmçinin bu dəyişiklik Azərbaycanın dünya ilə inteqrasiyasına şərait yaratdı .
Azərbaycan dili xalqımızın milli varlığının, mədəniyyətinin və düşüncə tərzinin daşıyıcısıdır. Bugünkü dövrdə də Azərbaycan dili həm elmi, həm ədəbi, həm də texniki sahələrdə inkişaf etməkdədir.
Bu gün təkcə tarixi hadisəni qeyd etmək deyil eyni zamanda ana dilimizə qayğı ,hörmət və sevgi hisslərini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Əlifbası və Dili Günü - bu yalnız keçmişə deyil, həm də gələcəyə olan məsuliyyətin göstəcisidir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının vətandaşlıq borcudur. Bu gün biz həm dilimizə hörmətimizi bildirir,həm də milli kimliyimizi qürurla yaşadırıq.
Bu tarixi gün ilə əlaqədar təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilir.Gənclərə ana dilinə sevgi və məsuliyyət aşılanır.Dilimizə hörmət ruhu gücləndirilir.
'' Ana dilimiz -varlığımızın səsi , ruhumuzun nəfəsidir.''Azərbaycan Əlifbası və Dili günü -təkcə bir tarix deyil, milli kimliyimizə bağlılığımızın rəmzidir.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
tarix müəllimi Hicran Həsənova

Oxşar xəbərlər