
Orta əsrlərdə Yaxın Şərqdə poeziya dili fars-ərəb dili üstünlük təşkil etməsinə baxmayaraq, böyük Azərbaycan dövlətlərində kargüzarlıq işlərində, məişətdə Azərbaycan dili dominant mövqeyini qoruyub saxlayırdı. Uzunmüddətli çar müstəmləkəsi olduğumuz dövr daxil heç bir dil Azərbaycan dilini sıxışdırıb aradan çıxarda bilmədi. Bununla yanaşı, Cənubi Azərbaycanda təhsilin fraslaşdırılması konsepsiyası və digər cəhdlər səmərəsiz olmuşdu. Nə zaman ki, Şimali Azərbaycanda müstəqil dövlət quruculuğu yenidən dirçəlmişdi – Azərbaycan Xalq Cümuriyyəti yaranmışdı, o zaman da bu dil müstəqilliyinin ilk ayında dövlət dili elan edilmişdi.
Azərbaycan dili milli ruhun və şüurun yaşamasında və mədəniyyətinin nəsillər arasında ötürülməsində böyül rol oynayır. Nəsillərarası körpü olan Azərbaycan dilinin inkişaf dinamikası daxilində 1929-1940-cı illərdə ərəb əlifbasından latın qrafikasına, daha sonra isə latın əlifbasından kiril qrafikasına keçid müəyyən geriləmə hesab edilə bilərdi. Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra yenidən latın qrafikalı Azərbaycan əlifbasından istifadə edilməyə başlanılmışdır. On il müddətində əvvəlki nəşrlərin kirildən latın qrafikasına və yeni nəşrlərin yeni əlifba qrafikasında çap edilməsi istiqamətində əsaslı işlər görüldü. bu proses 2001-ci ildə yekunlaşdıqdan sonra elə həmin ildə avqustun 9-da Ümummilli liderin verdiyi fərman əsasında avqustu 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başlamışdır. Bugün Cənubi və Şimali Azərbaycan əhalisindən başqa, müxtəlif regionlarda yaşayan həmyerlilərimiz tərəfindən aktiv olaraq Azərbaycan dili istifadə edilir. Bu xalqın öz tarixi mirasına-ana dilini sahib çıxmasından xəbər verir. Ümumilli lider Heydər Əliyevin dediyi kimi; - "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz".
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova