
Bu barədə Ukrayna Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
"Düşmən gecə saatlarında Zaporojye vilayətini ilkin olaraq FAB-lardan (yüksək partlayıcı qabliyyətinə malik aviasiya bombası) 8 dəfə atəşə tutub. Onlar cəzaçəkmə müəssisəsini də vurublar. 16 nəfər həlak olub, 35 nəfər yaralanıb", - Fedorov bildirib.
O əlavə edib ki, zərərçəkənlərə bütün lazımi tibbi yardımlar göstərilir.
"Müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib", - o qeyd edib.
Prezident Aparatının rəhbəri Andrey Yermak isə bu hərəkəti rusların növbəti hərbi cinayəti adlandırıb. “Onlar dayandırılmadıqca dayanmayacaqlar", - Yermak vurğulayıb.