Ukraynada daha bir dəmiryolu stansiyası atəşə tutuldu

Ukraynada daha bir dəmiryolu stansiyası atəşə tutuldu Aprelin 10-dan 11-nə keçən gecə Rusiya qoşunları Ukraynanın şərqində dəmiryolu stansiyasını atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsa”) rəhbəri Aleksandr Kamışin açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 lokomotivə zərər dəyib. Xəsarət alan və ölən olmayıb.

Xatırladaq ki, aprelin 8-i Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

Oxşar xəbərlər