Türkiyədə 3 partlayış: Xeyli sayda ölən və yaralanan var - FOTO

Türkiyədə 3 partlayış: Xeyli sayda ölən və yaralanan var - FOTO Ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

BBC-nin verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.

Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

“Anadolu” agentliyin verdiyi məlumata görə, terrorçular tərəfindən törədilən partlayış nəticəsində mülki vətəndaşlar daxil olmaqla, 13 nəfər yaralanıb. Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib.

Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

Türkiyədə 3 partlayış: Xeyli sayda ölən və yaralanan var - FOTO
Türkiyədə 3 partlayış: Xeyli sayda ölən və yaralanan var - FOTO
Türkiyədə 3 partlayış: Xeyli sayda ölən və yaralanan var - FOTO

Oxşar xəbərlər