
Medvedev X (əvvəlki Twitter) hesabında yazıb: “Nüvə obyektlərinə hücumlar son dərəcə təhlükəlidir və Çernobıl faciəsinin təkrarlanmasına gətirib çıxara bilər”.
Rusiya rəsmisi bildirib ki, regionda baş verən hərbi toqquşmalar təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün risk daşıyır. Xüsusilə də nüvə infrastrukturlarına yönəlmiş zərbələr uzunmüddətli radiasiya təhlükəsi yarada bilər.
Qeyd edək ki, İsraillə İran arasında gərginlik son vaxtlar daha da artıb. İranın nüvə proqramı ilə bağlı mübahisələr fonunda tərəflər arasında qarşılıqlı hədə-qorxular və hücum ehtimalları gündəmdə qalmaqda davam edir.