
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Federativ struktur məsələsi boş xəyaldan başqa bir şey deyil. Suriya reallığında bunun yeri yoxdur. Onlara məsləhət görürəm ki, bölgənin sabitliyinə xidmət edəcək qərarlar qəbul etsinlər. Suriyanın və bölgənin daimi sabitliyini təhdid edən və ya təhlükə altına salan heç bir təşəbbüsə icazə verməyəcəyik.
Suriya rəsmiləri tərəfindən Suriya ordusundan əlavə heç bir silahlı strukturun qəbul edilməyəcəyi elan edilib. Onlar bu istiqamətdə işlərini davam etdirirlər.
Bizim sərhəd təhlükəsizliyinə yanaşmamız da eynidir. Biz sərhədlərimizdən kənarda heç bir zorakı quruluşa icazə vermirik. Ən ağıllı variant bütün qrupların tək və bütün Suriya üçün çalışması və bu məqsədlə öz enerji və qüvvələrini səfərbər etməsidir. Biz Suriyadakı bütün qrupların təmsilçiliyinə və dialoquna üstünlük veririk”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, iki gündür Suriya ərazisində silahlı qruplarla hökumət qüvvələri arasında toqquşma yaşanır.