
“Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, hazırda insident zamanı yaralanan 138 nəfərin xəstəxanada müalicəsi davam etdirilir.
Bundan əvvəl yayılan məlumatda 40 nəfərin öldüyü, 1240-dan çox insanın isə xəsarət aldığı qeyd olunmuşdu.
Xatırladaq ki, aprelin 26-da İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. Həmin günün axşamı limanda təkrar partlayışlar qeydə alınıb. İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohaceraninin sözlərinə görə, insident kimyəvi məhsullar anbarında baş verib. Bununla belə, partlayışa nəyin səbəb olduğu hələ məlum deyil. İnsidentlə bağlı araşdırma davam edir.