Azər Əlixanbəyov – Sənaye liderliyi və innovasiyalarla regionun enerji sektoruna töhfə verən rəhbər

Azər Əlixanbəyov – Sənaye liderliyi və innovasiyalarla regionun enerji sektoruna töhfə verən rəhbər Azərbaycanda sənaye və enerji sektorunda söz sahibi olan mühüm korporativ strukturlardan biri – ATEF Şirkətlər Qrupu, bu gün yalnız ölkə miqyasında deyil, beynəlxalq səviyyədə də tanınır. Qrupun uğurlu idarəçiliyi və strateji inkişaf yolunun arxasında dayanan əsas simalardan biri isə Azər Əlixanbəyovdur – qrupun peşəkar və uzaqgörən rəhbəri.

Azər Əlixanbəyov, rəhbərlik etdiyi ATEF Şirkətlər Qrupunu müasir texnologiyalar, keyfiyyətə əsaslanan istehsal modeli və beynəlxalq standartlara uyğunluq prinsipləri ilə regionun qabaqcıl sənaye holdinqlərindən birinə çevirib. Onun rəhbərliyi dövründə ATEF Qrupu elektrik avadanlıqlarının layihələndirilməsi, istehsalı, montajı və istismarı sahəsində kompleks həllər təqdim edən genişmiqyaslı sənaye qurumu statusunu qazanıb.

ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir.

1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır.

Şirkətimiz uzun illər qlobal enerji sənayesinin ən yüksək standartlarına cavab vermək üçün doqquz regional zavodunda yeni tədqiqat və istehsal sahələrinə, eləcə də müasir texnologiyalara sərmayə qoyub. Şirkətin nəzdində həmçinin layihə-konstruktor bürosu, tikinti-quraşdırma, eləcə də mexanizasiya və nəqliyyat idarələri də fəaliyyət göstərir. Biz texnoloji istehsal proseslərini daim təkmilləşdirməklə yanaşı, səriştəli və peşəkar kadrların hazırlanmasına da böyük önəm veririk.

ATEF hazırda dünya səviyyəli güc transformatorlarının və geniş çeşidli digər elektrik avadanlıqlarının nəhəng istehsalçısıdır. Bu gün enerji, dəmir yolu və neft-qaz sektorları da daxil olmaqla, onlarla sahədə xidmət göstərmək iqtidarındayıq.

Ötən müddət ərzində əhəmiyyətli dərəcədə böyüməyimiz, dəyişən qlobal enerji bazarındakı prosesləri yaxşı dərk etməyimizin, yeniliklərə təşəbbüs göstərməyimizin və dəyərli tərəfdaşlarımızla möhkəm əlaqələr qurmağımızın sübutudur.

ATEF Şirkətlər Qrupunun əsas vəzifəsi sifarişçilərin tələbatlarını anlamaq və onlara ən qabaqcıl həllər təqdim etməkdir. Sizi yüksək səviyyəli müasir elektrik avadanlıqları və quraşdırma ehtiyaclarını qarşılamaq üçün artıq ATEF-i seçmiş dünyanın yüzlərlə şirkətinə qoşulmağa dəvət edirik və səbirsizliklə öz təcrübəmizi nümayiş etmək imkanını gözləyirik.

«ATEF Şirkətlər Qrupu» MMC ZESCO, Zambiya üçün xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib
«ATEF Şirkətlər Qrupu» MMC, ZESCO-nun, Zambiya Dövlət Enerji İdarəsinin sifarişi ilə, xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib. Zavod sınaqlarını müvəffəqiyyətlə keçdikdən sonra, sifarişçinin nümayəndələri ilə birgə həyata keçirilən testlərin ardından, 250 MVA gücündə, 330/132-88/11 kV gərginliyində olan güc transformatoru Zambiyaya göndərilib. Bu transformator, ATEF Şirkətlər Qrupu tərəfindən İri Qabaritli Transformatorlar Zavodunda istehsal olunub.

ATEF Şirkətlər Qrupu, Azər Əlixanbəyovun rəhbərliyi ilə elektrik transformatorları, yüksək və alçaq gərginlikli paylayıcı qurğular, metal konstruksiyalar, kabel yolları və digər mühüm sənaye komponentlərinin istehsalını həyata keçirir. Bu məhsullar təkcə Azərbaycanda deyil, eyni zamanda Qazaxıstan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında da geniş tətbiq olunur. İxrac imkanlarının genişləndirilməsi və yerli məhsulun beynəlxalq bazarlarda tanınması, onun iqtisadi baxımdan uzaqgörən siyasətinin nəticəsidir.

Bundan əlavə, Azər Əlixanbəyov sənaye istehsalına ekoloji məsuliyyət və innovativ yanaşma gətirməklə də tanınır. ATEF Qrupu zavodlarında enerji səmərəliliyi, tullantıların azaldılması, və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq normalara cavab verən mexanizmlər tətbiq edilir. Bu isə şirkətin uzunmüddətli davamlı inkişaf modelinə əsaslandığını sübut edir.

O, eyni zamanda sosial məsuliyyət prinsiplərinə sadiq bir rəhbər kimi də çıxış edir. ATEF Şirkətlər Qrupu tərəfindən gənc mühəndislərin dəstəklənməsi, peşəkar kadr hazırlığı, təhsil müəssisələri ilə əməkdaşlıq, şəhid ailələrinə və aztəminatlı ailələrə yardımlar, həmçinin bölgələrdə infrastruktur layihələrinin icrası daim diqqətdə saxlanılır.

Azər Əlixanbəyovun liderliyi ilə ATEF Qrupu təkcə sənaye məhsulu istehsal edən bir müəssisə deyil, həm də strateji düşüncəyə malik, yenilikçi, texnoloji inkişafı təşviq edən, ölkənin iqtisadi dirçəlişinə və sənayeləşməsinə töhfə verən milli brend kimi möhkəmlənmişdir.

Azər Əlixanbəyova qarşı aparılan şər və böhtan kampaniyasına cavab: Susqunluq zəiflik deyil, səviyyə göstəricisidir!
Son zamanlar bəzi media resurslarında ATEF Şirkətlər Qrupunun rəhbəri, tanınmış iş adamı Azər Əlixanbəyov haqqında yayılan şər-böhtan dolu yazılar bir daha sübut edir ki, uğurlu insanlara qarşı qarayaxma kampaniyası aparmaq bəzi “qələm sahibləri”nin peşəsinə çevrilib.

Azər Əlixanbəyov illərlə Azərbaycan sənayesinin inkişafına töhfə vermiş, yüzlərlə ailənin çörək yediyi zavod və müəssisələrin qurucusu olan bir şəxsiyyət kimi, bu cür cılız ittihamların hədəfi ola bilməz. Onun rəhbərlik etdiyi ATEF Şirkətlər Qrupu bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də keyfiyyət, etibar və peşəkarlıq simvolu kimi tanınır.

Böhtan xarakterli yazılarda məqsəd açıq-aşkardır – iş adamının fəaliyyətinə kölgə salmaq, nüfuzuna zərbə vurmaq və onun yaratdığı uğurlu strukturun inkişafına süni əngəl törətmək. Ancaq xalqın gözü tərəzidir və insanlar yaxşı bilirlər ki, illərlə qanun çərçivəsində fəaliyyət göstərmiş, vergi ödəyən, iş yeri yaradan sahibkara qarşı bu cür ucuz ittihamların heç bir hüquqi və mənəvi əsası yoxdur.

Unutmayaq: Azər Əlixanbəyov susursa, bu zəiflik deyil – səviyyənin, əxlaqın və hüququn təntənəsidir. Amma bu səssizliyin uzun sürəcəyini düşünənlər böyük yanlış içindədir. Lazım gələrsə, bu böhtanlara qarşı hüquqi müstəvidə cavab veriləcək və hər bir qarayaxma müəllifi məsuliyyətə cəlb olunacaq.

Buradan həmin yazıları tirajlayan media qurumlarına və sifarişçilərə səslənirik:
Böhtan atmaqla nə Azər Əlixanbəyovu dayandıra, nə də ATEF-in yolunu kəsə bilərsiniz. Çünki bu yol zəhmətlə, dürüstlüklə və xalqa xidmətlə qurulub.

Azər Əlixanbəyov – Sənaye liderliyi və innovasiyalarla regionun enerji sektoruna töhfə verən rəhbər

Azər Əlixanbəyov – Sənaye liderliyi və innovasiyalarla regionun enerji sektoruna töhfə verən rəhbər

Oxşar xəbərlər