Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır

Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır Cari ilin iyunun 4-də Bakı Enerji Həftəsi açılıb. İyunun 6-dək davam edəcək Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu kimi üç ayrı layihəni ehtiva edir.Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir. İyunun 4-də həftə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyub. Bakı Enerji Həftəsi Azərbaycanın enerji potensialının təqdim edilməsi və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi çərivəsində keçirilən tədbirlər, sərgi və görüşlər regional və qlobal əhəmiyyət daşıyır, Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, gücünün də göstərilməsi üçün önəmli rol oynayır. Tədbirin açılış mərasimində “Bizim vədlərimiz imzamız qədər dəyərlidir”, - deyən Prezident İlham Əliyev son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırdı. “Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə, dəyişdirilməyib. Məhz buna görə də biz daha bir sürətli inkişafı görürük - yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı”, - deyə dövlətimizin başçısı vurğuladı.Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində nəhəng hidroelektrik potensialı olduğunu vurğulayan dövlətimizin başçısı torpaqlar azad ediləndən sonra həmin ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyalarının istismara verildiyini və bu rəqəmin üç-beş ildə 500 meqavata çatdırılacağını da qeyd etdi.Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Ölkəmiz Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının digər bir neçə ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, başqa Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən bu toplantıda aparılan müzakirələr gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyini deməyə əsas verir. Ölkəmizin 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə olunmasını qarşıya hədəf qoyduğunu qeyd edən deputat bu gün dünyada gedən siyasi-iqtisadi proseslərin yeni çağırışları aktuallaşdırdığını deyib. Onun sözlərinə görə, bu çağırışların əsasında əməkdaşlıq və yeni enerji layihələri dayanır. Azərbaycan artıq qlobal aktor rolunda çıxış edir, yeni əməkdaşlıq şəbəkələri yaradılır. Ölkəmiz alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük əhəmiyyət verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin tədbirdə dediyi kimi, COP29-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürməyin üstünlükləri olduğu kimi, müəyyən çətinlikləri də vardır. Amma Azərbaycan vədlərinə sadiqdir. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. Bu, şübhəsizdir.Bakı Enerji Həftəsi ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin məktubunda da qeyd olunan məqamlar Azərbaycanın dünya miqyasında nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir. C.Baydenin həftə ərzində Azərbaycan Prezidentinə iki dəfə təbrik məktubu göndərməsi Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov

Oxşar xəbərlər