
Balababa Rzayev rəhbərliyə gəldiyi gündən etibarən “Azərenerji” ASCdə köklü islahatlar apararaq, enerji təsərrüfatının daha da gücləndirilməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması istiqamətində mühüm işlərə imza atıb. Onun təşəbbüsü və nəzarəti ilə son illər ərzində ölkədə yeni elektrik stansiyaları tikilib, köhnə və istismar müddəti başa çatan obyektlər əsaslı şəkildə yenidən qurulub.
“Yenidənqurma və modernləşdirmə” proqramları çərçivəsində Balababa Rzayev enerji sektoruna yeni nəfəs gətirib. Elektrik enerjisinin itkisiz və fasiləsiz şəkildə paylanması, şəbəkənin gücləndirilməsi və regionların enerji təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər əhalinin və sənaye müəssisələrinin enerji təminatında ciddi irəliləyişlərə səbəb olub.
Balababa Rzayev həm də Azərbaycanın beynəlxalq enerji layihələrində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində xüsusi xidmətlər göstərib. Onun rəhbərliyi ilə Azərbaycan-Türkiyə-Gürcüstan enerji körpüsü, “Qara dəniz Kabel layihəsi”, “Yaşıl enerji” zonalarının yaradılması kimi mühüm layihələr reallaşmaqda davam edir.
O, ölkənin strateji inkişaf prioritetləri sırasında yer alan bərpa olunan enerji mənbələrinin artırılması istiqamətində də böyük addımlar atır. Balababa müəllimin bu sahəyə xüsusi diqqəti Azərbaycanın enerji sektorunun gələcək inkişafını daha da möhkəmləndirir.
Sosial məsuliyyət və vətənpərvərlik nümunəsi
Balababa Rzayev təkcə uğurlu menecer deyil, həm də yüksək sosial məsuliyyətə malik bir rəhbər kimi daim yadda qalır. O, şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, aztəminatlı ailələrə dəstək verərək böyük nümunə ortaya qoyur. Xüsusilə Ramazan ayında ehtiyaclı ailələrə yardım aksiyaları, Novruz bayramı ərəfəsində sosial layihələr onun həm rəhbər, həm də insan kimi böyüklüyünün bariz nümunəsidir.
Sonda – Azərbaycan enerji sektorunun etibarlı rəhbəri
Balababa Rzayev bu gün Azərbaycanın enerji sahəsində güvənli və peşəkar rəhbər kimi tanınır. Onun rəhbərliyi ilə “Azərenerji” ASC böyük layihələrə imza atmaqda, ölkəmizin enerji təhlükəsizliyini təmin etməkdə davam edir. Uğurları və nüfuzu ilə həm ölkə daxilində, həm də beynəlxalq arenada hörmət qazanan Balababa müəllim gələcək illərdə də Azərbaycanın enerji sektorunun inkişafına yeni-yeni töhfələr verməyə davam edəcək.
Uğurlarınız bol olsun, Balababa müəllim!
“Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev haqqında yayılan şər və böhtanlara cavab
Son zamanlar “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev haqqında yayılan əsassız şər və böhtanlar cəmiyyətə və dövlət qurumlarına qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsidir. Qərəzli şəkildə yayılan bu iddialar reallıqdan uzaqdır və məqsədli olaraq bir şəxsin illərlə formalaşan nüfuzuna zərbə vurmaq istəyidir.
Balababa Rzayev uzun illərdir enerji sektorunda peşəkar fəaliyyəti, prinsipial mövqeyi və dövlətə sədaqəti ilə seçilən rəhbər şəxsdir. “Azərenerji” ASC-nin inkişafı, enerji təhlükəsizliyi və dayanıqlı enerji təminatı istiqamətində gördüyü işlər göz önündədir. Onun rəhbərliyi dövründə ölkənin enerji infrastrukturu gücləndirilib, yeni elektrik stansiyaları tikilib, mövcud sistemlər yenilənib.
Yayılan böhtan xarakterli məlumatların heç bir hüquqi və faktiki əsası yoxdur. Balababa Rzayev dövlət başçısının enerji sektorunda apardığı islahatların önündə gedən peşəkar kadrlardan biridir və daim şəffaf iş prinsipi ilə fəaliyyət göstərir. Onun rəhbərliyi altında həyata keçirilən layihələr həm daxili, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Bütün bu qarayaxmalar, sadəcə, şəxsi maraqlara xidmət edən, heç bir dəlilə əsaslanmayan boş iddialardır. Balababa Rzayev daim dövlətinə, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına sadiqdir və işini vicdanla yerinə yetirir. Onun fəaliyyəti xalqın və dövlətin maraqlarına xidmət edir və heç bir ucuz böhtan bu reallığı dəyişə bilməz!
“Ölkənin ən böyük elektrik stansiyası istismara verilməyə hazırlanır”
Stansiyanın kadr heyəti üçün İtaliya və Çin mütəxəssisləri xüsusi kurslar keçir
Son illərdə ölkədə icra edilən ən nəhəng layihələrdən biri olan, 2023-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 1280 meqavatlıq yeni elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən yekunlaşdırılmaqdadır. Qeyd edək ki, yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik elektrik stansiyaları arasında hər kilovat saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq. Mingəçevir şəhərindəki “Azərbaycan” İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da artıq proses qrafikdən əvvəl başa çatmaqdadır. Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işəburaxılması həyata keçiriliəcək.
Bəs bu nəhənglikdə enerji obyektinin istismarı və idarə edilməsi üçün yerli kadr təminatı necə olacaq? Qeyd edək ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın “Ansaldo Energia”, util qazanlar isə Çinin “Dongfang” şirkətinin istehsalı olduğundan son 2 ildə dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, “AzərEnerji” mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə “Util Qazan təlim proqramı” üzrə aparılan Turbin, Generator və Avtomatika sahələri üzrə kadr hazırlığı proqramı davam etdirilir.
Hazırda belə bir təlim proqramı İtaliyanın “Ansaldo Energia” şirkətinin nümayəndələri tərəfindən stansiyanın işçiləri üçün keçirilir və layihə kurs şəklində davam etdirilir. Bu kurslara “Azərenerji” ASC-nin 130 əməkdaşı cəlb olunub.
Onu da bildirək ki, bundan əvvəl yanvar ayında Çinin “Dongfang” şirkəti tərəfindən də belə bir təlim kursu keçirilib və təlimçilər müəyyən olunan proqramlar üzrə mütəxəssislərin verdiyi bilik və bacarıqlara yiyələniblər.