Səxavət Səlimov – “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin Peşəkar və Fədakar Rəhbəri

Səxavət Səlimov – “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin Peşəkar və Fədakar Rəhbəri Azərbaycanın enerji sektorunun nəhəng qurumlarından olan “Azərenerji” ASC fəaliyyətində mühüm rol oynayan strukturlar arasında Avtonəqliyyat İdarəsi xüsusi əhəmiyyətə malikdir. Bu vacib sahəyə uzun illərin təcrübəsi, yüksək peşəkarlığı və idarəçilik bacarığı ilə rəhbərlik edən şəxs isə Səxavət Səlimovdur.

Səxavət müəllim rəhbərlik etdiyi bu sahədə nümunəvi fəaliyyəti ilə seçilir. O, daima işinə ciddi məsuliyyət və peşəkarlıqla yanaşaraq idarənin işinin səmərəliliyini artırmağa çalışır. İllərin təcrübəsi, prinsipiallığı və yeniliyə açıq baxışı onu kollektiv arasında nüfuzlu rəhbərə çevirib.

Səxavət Səlimov Azərenerji kimi nəhəng bir struktura xidmət edən Avtonəqliyyat İdarəsinin operativ və fasiləsiz fəaliyyətini təşkil etmək, avtomobil parkının daim saz vəziyyətdə olmasını təmin etmək kimi mühüm vəzifələri yüksək səviyyədə icra edir. Enerji sahəsi strateji əhəmiyyət daşıdığı üçün bu idarənin yükü və məsuliyyəti də ikiqatdır.

Səxavət müəllim isə bu məsuliyyətin öhdəsindən peşəkarlıqla gəlir, kollektiv arasında həm nümunəvi rəhbər, həm də qayğıkeş insan kimi dəyərləndirilir. Avtonəqliyyat sahəsinin daim yenilənməsi, texniki bazanın gücləndirilməsi, müasir tələblərə cavab verən nəqliyyat vasitələrinin idarəyə cəlb olunması da məhz onun rəhbərliyi dövründə geniş vüsət alıb.

Səxavət Səlimov həm də yüksək sosial məsuliyyət daşıyan, insanlara qayğı ilə yanaşan bir rəhbərdir. O, daim şəhid ailələri və qazilərimizə xüsusi diqqət və qayğı göstərir, aztəminatlı ailələrin problemlərinə biganə qalmır. Xüsusilə Ramazan ayında ehtiyaclı ailələrə dəstək, Novruz bayramı ərəfəsində xeyirxah addımlar ataraq, həm rəhbər, həm də insan kimi nümunə göstərir.

Səxavət Səlimov bu gün “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsində həm peşəkar rəhbər, həm də nüfuzlu insan kimi tanınır. Onun gərgin əməyinin nəticəsində idarənin bütün işləri yüksək səviyyədə təşkil olunub, kollektivi isə daim ona arxalanır. Peşəkarlığı, insanlara olan münasibəti və dövlətə sədaqəti ilə seçilən Səxavət müəllim enerji sektorunun ən etibarlı simalarından biri kimi fəaliyyətini davam etdirir.

Uğurlarınız daim bol olsun, Səxavət müəllim!

Səxavət Səlimov haqqında yayılan şər və böhtanlara cavab: Peşəkarlıq və şəffaf fəaliyyət hədəfə alınır

Son zamanlar “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi Səxavət Səlimov haqqında bəzi mətbuat orqanlarında məqsədli şəkildə yayılan yazılar qərəzli və sifarişli xarakter daşıyır. Adının hallandığı tənqidlər, əsassız iddialar heç bir hüquqi və faktiki dəlilə söykənmir və açıq-aşkar şəxsi maraqlara xidmət edir. Məqsəd isə bir peşəkarı gözdən salmaq, cəmiyyətə yalnış təsvir etməkdir.

Əvvəla, vurğulamaq lazımdır ki, Səxavət Səlimov uzun illərdir dövlət orqanlarında çalışaraq, peşəkarlığı və idarəçilik bacarığı ilə tanınan bir şəxsdir. O, təyinat aldığı istənilən vəzifədə səliqə-sahman yaradıb, idarəçiliyi sistemli şəkildə qurub. Bu gün “Azərenerji” ASC kimi strateji qurumun Avtonəqliyyat İdarəsinə rəhbərlik etməsi də onun fəaliyyətinə olan dövlət etimadının nəticəsidir.

Mətbuatda yayılan iddialar — guya Səxavət Səlimovun "özünə yaxın" şəxsləri işə götürməsi, dövlət əmlakını mənimsəməsi, haram kapital toplaması və digər bu kimi uydurmalar boş və əsassız iddialardır. Əgər belə faktlar varsa, hüquq-mühafizə orqanlarına təqdim edilsin, araşdırılsın. Lakin ortada konkret sübut yoxdur, yalnız cəmiyyətin gözündə bir məmuru gözdən salmaq cəhdi var.

Səxavət Səlimovun fəaliyyətində əsas prinsip şəffaflıq, işgüzarlıq və dövlət maraqlarına xidmət etməkdir. O, idarənin iş prosesini gücləndirib, texniki bazanı yeniləyib, nizam-intizamı bərpa edib. Avtonəqliyyat sahəsində intizamın bərpası isə bəzi şəxsləri, o cümlədən müxtəlif şəxsi maraqlar güdən dairələri narahat edir. Məhz bu səbəbdən qarayaxma kampaniyası aparılır.

Səxavət Səlimovun rəhbərliyi dövründə nəinki dövlət əmlakı talan edilib, əksinə, idarənin maddi-texniki bazası möhkəmləndirilib, avtonəqliyyat parkı yenilənib və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ən əsası isə, dövlətin enerji sektorunda etibar etdiyi bir şəxsə qarşı bu cür böhtan xarakterli yazılar yaymaq həm də dövlətin siyasətinə kölgə salmaq cəhdidir. Səxavət Səlimov daim Prezident İlham Əliyevin tapşırıqlarına uyğun fəaliyyət göstərib və dövlət maraqlarını hər şeydən üstün tutub.

Nəticə olaraq, bu cür əsassız iddialar və sifarişli yazılar nə Səxavət Səlimovun, nə də “Azərenerji” ASC-nin nüfuzuna xələl gətirə bilməz. Çünki faktlar ortadadır və heç bir qarayaxma gerçəkləri dəyişməyə qadir deyil. Dövlət də, cəmiyyət də kimin kim olduğunu çox yaxşı bilir.

Oxşar xəbərlər