ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ - Tərəfləri nə gözləyir?

ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ - Tərəfləri nə gözləyir? "Prezident Donald Tramp administrasiyası artıq ABŞ-ın Ukrayna ilə bağlı strategiyasında kursu dəyişdiyini açıq şəkildə bildirir".

Bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində deyib.

O xatırladıb ki, Donald Tramp hətta seçki kampaniyası zamanı da məqsədinin insanların ölümünü və şəhərlərin dağıdılmasını dayandırmaq olduğunu bəyan edib.

“Hesab edirəm ki, bu, ümumi maraqlara uyğundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Rubio etiraf edib ki, bu, asan olmayacaq, çünki hər bir tərəf döyüşə son qoymaq üçün “nə isə verməli olacaq”.

"Günün sonunda reallıq ondan ibarətdir ki, biz indi dalana dirənmişik. Uzun sürən münaqişə, Ukraynanın böyük ziyana uğradığı çıxılmaz vəziyyət", - o əlavə edib.(publika.az)

Oxşar xəbərlər