Rusiyada vertolyot qəzaya uğrayıb: 4 ölü

Rusiyada vertolyot qəzaya uğrayıb: 4 ölü Hadisə Xantı-Mansiyskdə baş verib

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “AS-350” vertolyotu qəzaya uğrayıb.

qanuninfo.az-nun APA-ya istinadən xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyi Regional İdarəsinin saytında yerləşdirilən məlumatda bildirilir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil.

Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.

İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.

Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.

Oxşar xəbərlər