Xocalı faciəsi bizim unudulmaz tariximizdir

Xocalı faciəsi bizim unudulmaz tariximizdir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan xalqı uzun illər Xocalıya ədalət istəyib və bu istiqamətdə beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırılıb. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət beynəlxalq maarifləndirmə kompaniyası həyata keçirilir. Xocalıya ədalət kompaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyıb, müəyyən qərar və qətnamələr qəbul ediblər. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır, halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əllərindən gələni edirdilər ki, bu barədə məsələ ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, həmin ölkəyə qarşı hərhansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsınlar. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.
Ölkə rəhbərinin çağırışları, Xocalı faciəsinin qurbanlarına ehtiramı, onun nəinki sözlərində, əməli fəaliyyətində özünün aydın ifadəsini tapır. Çünki 44 günlük müharibə, 23 saatlıq anti-terror tədbirləri bir daha göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu öz şəhidlərinin qisasını almağa qadirdir və bir çox cinayətkarların həbs olunması, bu gün qanun qarşısında cavab vermələri göstərdi ki, xocalıların, eləcə də şəhidlərimizin qanı yerdə qalmır və qalmayacaqdır. Xocalının yenidən qurulması bu gün dünyanın diqqət mərkəzindədir. Bu gün Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizində dalğalanır. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.
Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Bəli, xocalılılar şəhərə qayıdırlar. Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcıdır.
Azərbaycan öz torpaqlarının sahibidir, öz şəhidlərinin xatirəsini əziz tutur və onların qanının yerdə qalmaması üçün bütün tədbirləri həyata keçirir. Əlbəttə ki, bu bizi sevindirir, hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır, çünki Xocalı faciəsi bizim unudulmaz tariximizdir və hörmətli prezidentimizin dediyi kimi, bu soyqırım heç vaxt unudlmayacaq, vaxt yaddan çıxmayacaqdır.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri

Oxşar xəbərlər