"33 pərdəli dram" kitabının təqdimat mərasimi keçirilib

Akademik Milli Dram Teatrında jurnalist Ramilə Qurbanlının "33 pərdəli dram" kitabının təqdimat mərasimi olub

qanuninfo.az Report-a istinadən xəbər verir ki, kitabda müəllifin tanınmış mədəniyyət adamları haqda yazıları dərc olunub.
Kitabda toplanan materiallarda mədəniyyət adamlarının sənət yolu ilə yanaşı, həm də həyat yollarından, keşməkeşli talelərindən söz açılır.
20 ildir jurnalistikada olan Ramilə Qurbanlı bu illər ərzində mədəniyyət və incəsənət adamları haqqında yazdığı yazıları, məqalələri bir yerə toplamağın vaxtının çatdığını bildirir.
" 20 ildir sənət adamlarından yazıram. Dostlarım bu yazıları bir yerə toplayıb, kitab şəklində çap etdirməyi məsləhət gördülər. Düzü, bunu özüm də, istəyirdim. Son vaxtlar yazılarımın "mənimsənilməsi" qəti addım atmaqda mənə təkan oldu. Bilik Fondunun dəstəyi ilə ərsəyə gələn " 33 pərdəli dram" kitabımda sənət dünyasında olan, hazırda yaşayan və dünyasını dəyişən insanların haqqında yazdığım yazılarımı toplamışam"
Qeyd edək ki, kitabın təqdimat mərasimində Akademik Milli Dram Teatrının bədii rəhbəri Azərpaşa Nemət, yazıçı Çingiz Abdullayev, xalq artistləri Fuad Poladov, Hacı İsmayılov, Ramiz Novruz və başqaları iştirak edib.

Oxşar xəbərlər