Fars körfəzində GƏRGİN SAATLAR: Neft tankerləri boğazdan keçə bilmədi

Fars körfəzində GƏRGİN SAATLAR: Neft tankerləri boğazdan keçə bilmədi Fevralın 17-də SEPAH-ın keçirdiyi dəniz təlimləri zamanı Hörmüz boğazı bir neçə saatlıq bağlanıb.

"Azad İran"a istinadən xəbər verir ki, bu səbəbdən Fars körfəzində neft tankerlərinin uzun növbəsi yaranıb.

Sosial mediada paylaşılan görüntülərdə çoxsaylı neft tankerinin boğaza daxil ola bilmədiyi və açıq dənizdə gözlədiyi görünür.

Məlumata görə, təlimlər çərçivəsində strateji keçidə müvəqqəti məhdudiyyət tətbiq edilib və gəmilərin hərəkətinə icazə verilməyib.

Bildirilir ki, həmin saatlarda Əbu Musa adası istiqamətindən Hörmüz boğazında hərəkət edən hədəflərə qarşı hərbi təlim ssenariləri icra olunub.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ölkələrindən beynəlxalq sulara çıxış üçün əsas və faktiki olaraq yeganə dəniz marşrutudur. Qlobal neft ticarətinin əhəmiyyətli hissəsi bu strateji keçid vasitəsilə həyata keçirilir. Bu səbəbdən boğazın bağlanması beynəlxalq enerji bazarlarında həssaslıq yarada bilər.

Oxşar xəbərlər