Bayırbucaq tükmənləri zülm altında əzilərkən biz üzümüzü başqa yönə çevirə bilmərik. Əlbəttə, əlimizdən gələn yardımı göstərəcəyik.
qanuninfo.az-nun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə çıxış edərkən deyib.
Rusiya ilə münasibətlərdə yaranmış böhrana toxunan R. T. Ərdoğan noyabrın 30-da Parisdə keçiriləcək iqlim problemlərinə dair beynəlxalq toplantıda Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini söyləyib:
“Bu hadisə bizi çox kədərləndirdi. Ümid edirəm ki, gələcəydə belə hallar baş verməyəcək. Münaqişə heç kimə xeyir gətirməz. Rusiya Türkiyəyə lazımdır, Türkiyə də Rusiyaya lazımdır”.