Rusiya Qazaxıstanı cəzalandırır? - QADAĞA

Rusiya Qazaxıstanı cəzalandırır? - QADAĞA 2024-cü il oktyabrın 17-dən Rosselxoznadzor Qazaxıstandan Rusiyaya pomidor, bibər, günəbaxan toxumu, təzə bostan məhsulları, buğda, kətan toxumu və mərcimənin idxalına müvəqqəti məhdudiyyətlər qoyur.

Bu barədə Rosselxoznadzor məlumat yayıb.

Məlumata görə, buğda, kətan toxumu və mərcinin tranzitinə Qazaxıstan nümayəndələrinin fitosanitar sertifikatlarının birbaşa son təyinat ölkəsinə rəsmiləşdirilməsi və Qazaxıstan mənşəli taxılın dəmir yolu vaqonlarından birbaşa ambarlara daşınması şərtilə icazə verilir.

"Qərar Qazaxıstanın səlahiyyətli idarələrinin Rusiyanın fitosanitar təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməməsi səbəbindən qəbul edilib", - məlumatda qeyd olunur.(axar.az)

Oxşar xəbərlər