Keçmiş SSRİ ölkələrini gəzən Amerika Maliyyə Nazirliyinin nümayəndəsi bankirləri ruslara qarşı sanksiyaları sərtləşdirməyə inandırıb. Qırğızıstan bankının ardınca Qazaxıstan bankirləri də daha sürətli ödənişlər sistemi vasitəsilə rublla əməliyyatları dayandırmağa başlayıb.
Bu barədə "The Moscow Times" yazır.
Nəşrin yazdığına görə, artıq Qazaxıstanın tanınmış "HalykBank", RBK, "Freedom Bank" və "Avrasiya Bankı" “texniki səbəbləri” əsas gətirərək “Zolotaya Korona” (Qızıl tac) ödəniş sistemi vasitəsilə pul köçürmələrini dayandırıb.
Avqustun 23-də ABŞ Maliyyə Nazirliyi “Zolotaya Korona” proqram təminatı hazırlayan Maliyyə Texnologiyaları Mərkəzinə qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər ödəniş sisteminin özünə təsir etməyib.
Qazaxıstan gizli şəkildə Rusiyaya qarşı maliyyə məhdudiyyətləri tətbiq etdikdən sonra bunun qarşılığında Avropa İttifaqı ABŞ və Kanadaya uçuşlarda köhnə qadağaları aradan qaldırmağa başlayıb. Mayın 15-də Avropa Komissiyası 27 ölkənin aviasiya orqanlarının iştirakı ilə Qazaxıstandan Aİ ölkələrinə uçmağa icazə verilib. Bu həftə məlum oldu ki, Kanada və ABŞ tərəfi də Qazaxıstana uçuşlarla bağlı qoyduğu qadağanı aradan qaldırıb.