Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) aprelin 25-dən Rusiyaya Türkiyədə yetişdirilmiş badımcanların gətirilməsinə qadağan qoydu.
Bu barədə RİA Novosti Rosselxoznadzor-a istinadən xəbər verir.
“Rusiyada karantin elan edilmiş orqanizmlərə yoluxmuş badımcanların partiyasının Türkiyədən daxil olması ilə əlaqədar... Rosselxoznadzor cari ilin aprelin 25-dən onların tədarükünə müvəqqəti qadağa qoyulması barədə qərar qəbul edib”, - Xidmətin məlumatında deyilir.
Daha öncə, cari ildə türk badımcanlarının güllərin ən təhlükəli zərərvericisi və bitkilərin viruslarını yayan, qərbi (Kaliforniya) gül tripsinə yoluxmasının dörd halının üzə çıxarılması barədə məlumat yayılmışdı.