İşğaldan azad olunmuş ərazilərimizdə hazırda bərpa-quruculuq işləri uğurla davam edir

İşğaldan azad olunmuş ərazilərimizdə hazırda bərpa-quruculuq işləri uğurla davam edir

Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan etmişdir. Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yer üzündən silmişdir. Bu vəhşiliyə baxmayaraq bizim xalq əsla ruhdan düşmədi, əksinə 30 il həsrətdən sonra o torpaqlara daha tez qayıtmaq üçün canla,başla işə başladırar.
Böyük zəfərdən üç ilə yaxın zaman keçib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işlər prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilir. Onu da unutmamaq lazımdır ki, Azərbaycan bu bərpa-quruculuq işlərini öz gücü, öz daxili vəsaiti hesabına həyata keçirir.
Ən iri layihələr arasında avtomobil və dəmiryollarının çəkilməsi, hava limanlarının tikilməsi, su elektrik stansiyalarının inşası kimi iqtisadi proqramlar üstünlük təşkil edir. Füzuli-Şuşa avtomobil yolu, füzuli hava limanı, Horadiz-Ağbənd dəmir yolu xətti, Zəngilanda “Ağıllı kənd”, füzuli-Hadrut avtomobil yolu, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu, Zəngilanda beynəlxalq hava limanı, Horadiz-Zəngilan avtomagistral yolu, Murovdağda inşa olunan tunelin əsası qoyulmuşdur. Füzuli hava limanı da daxil olmaqla həmin iqtisadi layihələrin bir çoxu artıq həyata keçirlmişdir. Həmçinin işğaldan azad edilmiş şəhərlərin dağıdılmiş tarixi abidələrin qədimiliyi qorunaraq öz tarixi izlərini itirmədən yenidənqurma işləri ilə bərpa olunacaqdır. Bu onu deməyə əsas verir ki, ölkəmiz uğurlu addımlar atmaqda davam edir. Bu, çox qürurvericidir və ölkəmizin qüdrətindən xəbər verir. Yəni qısa müddət ərzində işğaldan azad edilən torpaqların abadlaşdırılması, eyni zamanda, onun göstəricisidir ki, torpaqların həqiqi, əsl sahibi məhz Azərbaycan xalqıdır və bunu bütün dünya artıq görmüş oldu. Bütün bu xoş anlar üçün Ali Baş Komandan və Azərbaycan ordusu ilə qürur duyuruq.
Sabunçu rayonu Elxan Misirxanov adına

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Günel Həsənova

Oxşar xəbərlər