İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də müxtəlif istiqamətlərdə bərpa işləri intensiv şəkildə davam etdirilir

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də müxtəlif istiqamətlərdə bərpa işləri intensiv şəkildə davam etdirilir

17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzuli rayonu azad edilməmiş həm də müzəffər ordumuzun gücü bütün dünyaya bəyan olmuşdur. Belə ki, ordumuz düşmənin 30 il ərzində təmas xəttində qurduğu istehkamları darmadağın etməklə mümkünsüzü mümkünə çevirdi. Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də müxtəlif istiqamətlərdə bərpa işləri intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir. Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə start verilib. Bu yol qalib Azərbaycan üçün böyük rəmzi məna daşıyır. Vətən müharibəsi günlərində igid hərbiçilərimiz məhz Zəfər yolunun keçdiyi ərazilərdən Şuşaya yaxınlaşıblar. Zəfər yolunun açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində baş tutub.

Sabunçu qəsəbəsi, 170 saylı məktəbin
müəllimi Mədinə Qafarova

Oxşar xəbərlər