20 Sentyabr- Mili Suverenliyiizin Bərpası Günüdür

20 Sentyabr- Mili Suverenliyiizin Bərpası Günüdür
Düz bir il öncə 2023-cü il sentyabın 20-də 23 saat ərzində ordumuz Xankəndi, Xocalı, Əsgəran və Xocavəndi azad etdi. 23 saat ərzində qəhrəman oğullarımızın gücü ilə antiterror əməliyyatı keçirildi və torpaqlarımızın suverenliyi tam bərpa olundu. Seperatçıların yuvasına çevrilən Xankəndi illər sonra Azərbaycan əsgərinin gücü və qəhrəmanlığı ilə azdlığına qovuşdu. Şanlı Azərbaycan ordusu terror yuvasına çevrilən topaqlarımızda zəfərimizi tamamladı. Xalqımızın qanını tökən vardanyanlar, arayiklər tutularaq Bakıya gətirildi və özlərinə layiq cəzalarını çəkirlər.
Nəhayət, 2024-cü il 20 sentyabr səhəri. Cənab Prezidentimiz Cənab Ali Komandanımız Qarabağ Universitetinin açılışını etdi. Artıq işğaldan azad ,tam bərpa olunan, düşmənin murdar tapdağından təmizlənmiş bir Xankəndi var. Cənab Ali Baş Komandanımız çıxışında ən əvvəl suverenliyimizin bərpası uğrunda həlak olan şəhidlərimizi ruhunu ehtiramla yad etdi, oğullarımızın rəşadətini yüksək minnətdarlıq ifadə edən sözlərlə qiymətləndirdi. Görüş zamanı yenicə tələbə adını qazanan gənclər çıxış edərək Ali Baş Komandanımıza onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını bildirdilər.
Qarabağ ilmə-ilmə qurulur.Azad Qarabağ simasını yeniləyir. Cənab Prezidentimiz Ağdamda bir neçə sənaye müəssəsinin açılışını etdi və onlarla yeni obyektin təməlini qoydu.Sənaye sektorunun inkişafı üçün Ağdam sənaye parkının açılışı oldu. Ağdam sənaye parkı Sumqayıtdan sonra respublikamızda ən çox rezidenti olan 2-ci sənaye parkıdır. Orada istehsal olunan məhsullar Qarabağın bərpasında istifadə olunacaq. Həmçinin xarici bazarda da satılacaq.
Cənab Prezidentimiz Qarabağ xanlığının banisi Pənahəli xanın məqbərəsini bərpadan sonra ziyarət etdi.Erməni işğalı zamanı vandallar qəbirləri də dağıtmışdılar. Eyni zamanda Xıdırlı, Kəngərli kəndlərində gedən bərpa işləri ilə tanış oldu.Eyvazlı kəndinin əsasını qoydu.Qarabağ atları kompleksinin açılışı oldu. Ölkə başçısı bir zamanlar şöhrəti bütün Azərbayacana yayılan İmarət stadionunun təməlini qoydu. Bir sözlə, Qarabağ gündən-günə çiçəklənir. Bunun üçün Qarabağın memar Ali Baş Komandanımıza və şəhidlərimizə, qazilərimizə minnətdarıq.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay

Oxşar xəbərlər