
"Qafqazinfo"nun məlumatına görə, həmin şəkillər süni intellekt (Aİ) vasitəsilə hərəkətləndirilib.
Xocalıda Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda beş gün ac-susuz qalaraq təkbaşına döyüşən qəhrəmanın bu görüntüləri maraqla qarşılanıb.
Məlumat üçün deyək ki, onun həyat hekayəsi haqqında çəkilən "Oğul" sənədli filmi böyük rezonans doğurub.
Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Həmin görüntüləri təqdim edirik: