
Şəhidimizin fəhlə kimi çalışdığı zaman çəkilən görüntüləri marağa səbəb olub.
Onun fəhlə kimi çalışdığı evin şəhid olduqdan sonra ailəsinə verildiyi bildirilir.
Qeyd edək ki, E.Şamilov 1996-cı ildə Bakı şəhərində anadan olub. O, 2012-ci ildə Peşə məktəbini bitirdiktən sonra Həqiqi Hərbi Xidmətə çağırılıb və Hərbi Xidmətini Naxçıvan şəhərində yerləşən “N” saylı Hərbi Hissənin Xüsusi Təyinatlı dəstəsində xidmət edib.
E.R.Şamilov 2007-ci ildən professional “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə məşqul olub.2014-ci ildə Həqiqi Hərbi Xidməti bitirdiktən sonra idman növü ilə daha da dərindən məşqul olduğu müddət ərzində 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Yevraziya çempionu, Zaqafqaziya çempionu, 70-dən çox beynəlxalq turnirlərin qalibi, Qara kəmər 3-cü dan sahibi, sensey adına layiq görülüb.
10 oktyabr 2020-ci ildə Vətən müharibəsində iştirak etmək üçün, könüllü olaraq Qarabağ döyüşlərində Xüsusi Təyinatlı dəstədə iştirak edib. 27 oktyabr 2020-ci il tarixində Xocavənd royununda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Ölümündən sonra “Cəbrayıl rayonunun azadlığı uğrunda”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Sözügedən görüntüləri təqdim edirik: