
Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər Azərbaycanda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir. Son üç ilə Azərbaycanda müvafiq olaraq hər il dənizdə 5,6–5,9, quruda isə 0,2–0,3 mlrd. kubmetr qaz hasil edilməkdədir. Azərbaycanda bu günə kimi 445,2 mlrd. kubmetr qaz hasil edilmişdir ki, onun da 320,1 mlrd. kubmetri dənizdə hasil olunmuşdur. İndi artıq dənizdə "Əsrin müqaviləsi çərçivəsində qaz hasil edilməkdədir. Məlumatlara görə təkcə 1998-ci ildə Çıraq platformasından 200 milyon kubmetrdən çox qaz hasil edilmişdir. Axtarışlar nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi" və "Qarabağ" yataqlarında neft və qaz kondensat yataqları aşkar edilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz" yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir.
Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.
Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası” - adı altında aparıcı rol oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir.
Beləliklə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə Slovakiyaya da qazın satışı nəzərdə tutulur. Bu əməkdaşlıq iki ölkə arasında əlaqələri dahada genişləndirəcəkdir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə