TAP Layihəsinin uğurla fəaliyyət göstərməsi Azərbaycanın dayanıqlı iqtisadi sistem formalaşdırmasına töhvədir

TAP Layihəsinin uğurla fəaliyyət göstərməsi Azərbaycanın dayanıqlı iqtisadi sistem formalaşdırmasına töhvədir Keçən həftə cənab prezidentimiz İlham Əliyevin 7 oktyabrda İtaliyanın La Respublika qəzetinə müsahibəsində əsas qeyd etdiyi məsələlərdən biri də TAP layihəsi ilə əlaqəli fikirləri idi. Ümumiyyətlə, Azərbaycanın İtaliya ilə ticarət əlaqələri çox yaxşıdır və hər il daha da inkişaf edir. Əsasən neft məhsulları olmaqla Azərbaycanın ixracatında ilk yerdə qərarlaşması bunu bir dah sübut edir. Bu liderlik hələ uzun illər də davam edəcəyini indidən proqnozlaşdırmaq çox da çətin deyil. Çünkü artıq bir ilə yaxındır ki TAP layihəsi ilə Azərbaycan qazı da Avropa bazarına nəql edilir və əsas alıcılardan alıcılardan biri də İtaliyadır.

Qaz strateji bir məhsuldur və bu məhsul səmərəli istifadə edildiyi zaman SOCAR ilə Azərbaycan əhəmiyyətli bir geostrateji və maliyyə mövqeyinə çata bilər. Son aylarda təbii qazın qiymətinin Avropa bazarında rekord həddə qalması və qalxmaqda davam etməsi TAP layihəsinin uğurunu daha da artırmaqdadır. Cənubi Qafqaz Boru Kəməri layihəsinin böyüməsiylə, Azərbaycan potensial qaz həcmini mənbəyindən son istifadəçiyə qədər nəzarət edərək maraqlarını qorumuş olacaq. TANAP Konsorsiyumunda Türkiyə adına BOTAŞ və TPAO 20% paya, Azərbaycan adına SOCAR isə% 80 paya sahibkən 2015-ci ildə Azərbaycan payından yüzdə 12 sini BP yə sataraq projeni daha da çoxmillətli olmasını təmin etdi və dünya enerji nəhənginə də bu proyektə qatdı. Hazırda bu proyektdə Azərbaycanın payı 68%, TPAO 20% və BP payı 12%-dir.Şahdəniz yatağındakı təbii qaz potensialı 1,2 trilyon kubmetr olan Azərbaycanın sahib olduğu digər mənbələrdəki təbii qaz potensialı isə təxminən 2,6 trilyon kubmetrdən çoxdur. Şahdəniz yatağının yanı sıramevcut və olabiləcək digər təbii qaz yataqlarının potensialı də nəzərə alındığında Azərbaycanın 2020-2025 illəri arasında təbii qaz istehsalının 50 milyard kubmetrə çatacağı təxmin edilməkdədir. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd.ABŞ dollardır.Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası” - adı altında aparıcı rol oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir.TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km -dir. TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce

məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilmişdir. TAP boru kəməri 2020-ci ildən istismara verilmişdir.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi,

iqtisad elmləri namizədi, dosent Elçin Süleymanov

Oxşar xəbərlər