Energetika və nəqliyyat sahələrinin böyük potensialı var

Energetika və nəqliyyat sahələrinin böyük potensialı var Energetikanın inkişafının hər bir mərhələsi bəşəriyyətin yeni inkişaf tipinə təsadüf edir. «Nəzarət edilən enerji» mərhələsinin, о cümlədən elektrik enerjisi mərhələsinin başlanğıcı da müəyyən mənada informasiya texnologiyalarının postsənayeləşməyə keçid dövrünə təsadüf edir. Elektroenergetika sahəsində dövlətlərin əməkdaşlığını elekt¬rik enerjisi şəbəkələrinin (infrastrukturunun) formalaşdırılması, enerjinin tranziti və enerji sistemlərinin paralel iş rejiminin təmini, alqı-satqı, bir sözlə, beynəlxalq bazarların yaradılması təşkil edir. Elektrik enerjisinin, hazır məhsulun dövlətlərarası verilməsi insan hüquqları sferasında yeni bir istiqamətin - sosial təminat hüququnun məzmun baxımından genişləndirilməsinə xidmət edir.
Ölkəmizin bir əsrdən də artıq tarixi olan elektroenergetika sisteminin sürətli inkişaf dövrü məhz Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, ölkəmiz dünyada sayı məhdud olan kosmik dövlətlər sırasına qoşulub. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.
Nəqliyyat - Azərbayacan üçün vacib istiqamətlərdən biridir. Xüsusən də beynəlxalq yük daşımanın artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Azərbaycanda 2015-ci ildə beynəlxalq yükdaşımalarla bağlı xüsusi şura formalaşıb. Həmin şura birbaşa qeyri-neft sektorunun inkişafında kreativ istiqamətlərdən biri hesab oolunur. Bu yolla beynəlxalq yükdaşımalar tənzimlənir, elektron xidmətlər genişlənir və eyni zamanda vahid tarif sisteminin tətbiqi həyata keçirEyni zamanda ölkəmizdə infrastrukturun genişləndirilməsi və beynəlxalq yükdaşımalarla bağlı yeni infrastruktur layihələrin həyata keçirilməsi müşahidə olundu.
Azərbaycan praktik olaraq reallaşdırdığı nəqliyyat layihələri vasitəsilə ölkəyə daha çox valyutanın daxil olmasına və gəlirlərin artmasına imkan yaradıb”.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova

Oxşar xəbərlər