ABŞ-nin keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarlarının mitinqində bəyan edib ki, zehni qabiliyyətləri baxımından indi özünü 25 il əvvəlkindən daha yaxşı hiss edir.“Mənə elə gəlir ki, ağlım 25 il əvvəlkindən daha güclüdür. Həqiqətən də belədir”, - 77 yaşlı Tramp bildirib.
O qeyd edib ki, hazırkı prezident Co Baydenin dövründə ABŞ dünyanın qalan hissəsi üçün zibilxanaya çevrilib.
Tramp Baydeni “demokratiya üçün təhlükə” adlandırıb.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkii 2024-cü ilin noyabrında keçiriləcək.