Tramp özünü təriflədi: "Mən dahiyəm"

Tramp özünü təriflədi: ABŞ prezidenti Donald Tramp özünü stabil dahi adlandırıb.
"Ölkə.Az" xəbər verir ki, Tramp düzgün qidalandığını, nadir hallarda zərərli qidadan istifadə etdiyini bildirib.

Tramp Britaniyanın "İTV" kanalına müsahibəsində deyib: "Mən stabil dahiyəm".
"Hansı qidalara üstünlük verirsiniz, hamburger və ya koladan müntəzəm istifadə edirsinizmi?"- sualına ABŞ lideri "Mən dünyanın ən yaxşı aşpazlarının bişirdiyi yeməkləri qəbul edirəm. Mən sağlam qidalanıram. Dediklərinizi çox nadir hallarda qəbul edirəm. Düşünürəm ki, həqiqətən də kifayət qədər yaxşı qidalanıram"-cavabını verib.

Oxşar xəbərlər