İraqla Azərbaycan arasında səmimi dostluq münasibətləri mövcuddur. Bu ölkə ilə iqtisadi əlaqələrimiz də genişləndirilib. İraqın 44 milyon əhalisi var. Əhalisinin sayına görə dünyada 36-cı yerdə olan İraq ərazisinin böyüklüyünə görə 58-ci yeri tutur. 19 vilayətdən və ayrıca Kürdüstandan ibarət olan İraqda əsasən ərəblər, kürdlər, eyni zamanda bir neçə azsaylı xalq yaşayır. İraq çox zəngin bir ölkədir. Sadəcə ABŞ-ın yanlış siyasəti nəticəsində İraqın iqtisadiyyatı darmadağın oldu. Guya orada kütləvi qırğın silahları hazırlanırdı. Lakin bu sübuta yetirilmədi və əhalini boş yerə qırdılar.
Azərbaycan Prezidenti Yaxın Şərq ölkələri ilə ikitərəfli dostluq, iqtisadi və siyasi əlaqələrini gücləndirir. Bu ölkələrdən biri də İraqdır. İraq da hər zaman, o cümlədən, müharibə dövründə Azərbaycana öz dəstəyini nümayiş etdirib. Hazırda İraqda iqtisadiyyat yenidən inkişaf etməyə başlayır, onların dağıdılmış neft sektoru bərpa olunur. Bu sahədə Azərbaycan İraqa müəyyən yardım göstərir. Bundan əlavə, bu iki ölkə arasında siyasi, mədəni, diplomatik və dostluq münasibətlərin daha da inkişaf etdirilməsi haqqında məsələlər müzakirə olunur.
2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib.
Bu səfər hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması uğurlara gətirib çıxaracaqdır.
Əfləddin Həsənov-Sabunçu bələdiyyəsinin sədri