Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı da qardaş dövlətin mənəvi dəstəyini almışdır

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı da qardaş dövlətin mənəvi dəstəyini almışdır
Özbəkistan-Azərbaycan münasibətləri illərə dayanan dostluq və qardaşlıq çərçivəsində davam edir. İki dövlət və xalq arasında qardaşlıq münasibətləri uzun tarixi dövrü əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri iki dövlət arasında olan münasibətlərin inkişafına etibarlı zəmin yaradır. Şavkat Mirziyoyev Özbəkistan prezidenti seçilməsindən sonra ilk səfərini məhz Azərbaycana etməsi dostluq münasibətlərinin dərinliyini bir daha sübut edir. Cari ilin avqust ayının 22 -də həyata keçirilən bu səfər zamanı iki dövlət arasında münasibətlərin siyasi,iqtisadi, diplomatik, eləcə də, dostluq və qardaşlıq çərçivəsində daha da uğurla davam etdirilməsi ön planda olmuşdur.
Dövlət başçılarının geniştərkibli görüşündən sonra, bir çox sahələrdə əməkdaşlığı özündə əks etdirən sənədlər imzlaanmışıdır. İki dövlət arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, iki xalq arasında münasibətlər uzun əsrlər boyu mövcud olmuşdur. Bu əlaqələr son illərdə daha sürətlə artmışdır. Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına xüsusi önəm verir. Ötən il Prezident İlham Əliyevin Özbəkistana üç dəfə səfər etməsi əmədaşlığın inkişafına xüsusi önəm verdiyinin göstəricisidir.
Səfər zamanı Özbəkistan Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfər etməsi, bərpa-quruculuq işləri ilə tanış olması, qardaş ölkənin Azərbayacana dəstəyinin göstəricisidir. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı da qardaş dövlətin mənəvi dəstəyini almışdır. Hazırki dövrdə iki qardaş ölkə arasında münasibətlər artan tempdə davam edir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər