Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur
Təbii ki, hər kəsə yaxşı məlumdur ki, erməni silahlıları Rusiya sülhməramlı kontingentinin daxil olmasına paralel olaraq çıxmalı idi. Lakin Azərbaycanın dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Eyni zamanda, hələ Fərrux istiqamətində baş verən tədbirlərdən sonra Azərbaycanın istənilən metodla bəyanatda nəzərdə tutulmuş öhdəlikləri həll etmək gücünə malik olduğu nümayiş etdirilmişdi.
35 il azərbaycanlılara qarşı cinayət törədənlərin cəzalandırılması ədalətin təntənəsi olar. Bu təkcə kiminsə cəzalandırılıb həbs edilməsi demək deyil. Bu həm də tərəflər arasında inam və etibarın möhkəmlənməsinə xidmət edər, regionda bu tip faşist hərəkətlərin baş verməməsi üçün örnək olar. Habelə cinayətkarların cəzalandırılması Cənubi Qafqazda təhlükəsizliyə, əmin-amanlığa, əməkdaşlığa, inteqrasiyaya, sülhə xidmət edər.
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir".



Bakıxanov qəsəbəsi , 96 nömrəli tam orta məktəbin
müəllimi Əzizzadə Nəzakət

Oxşar xəbərlər