
Bu barədə “Washington Post” nəşri yazıb.
“Xəstəxana 80 çarpayıya malik idi və ayda təxminən 3500 ambulator qəbul edirdi. Orada ayda 300-ə yaxın əməliyyat və 600-ə yaxın rentgen müayinəsi aparılıb. Əl-Əhli Qəzzada xristianların rəhbərlik etdiyi yeganə müstəqil tibb müəssisəsidir”, - məlumatda bildirilib.
Fələstin prezidenti Mahmud Abbas bildirib ki, İsrail Qəzzada xəstəxanaya hücum edərək dəhşətli hərbi qırğın törətdi: “75 illik əzab və cinayət, dünya isə tam sükutu müşahidə edir".
İsrailin baş naziri Benyamin Netanyahu isə əksini söyləyərək belə bir bəyanatla çıxış edib: “Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya hücumu ÇAXAL deyil, Qəzzada barbar terrorçular həyata keçirib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz uşaqlarını öldürür”.
Fələstin Prezidenti Mahmud Abbas xəstəxanaya hücumdan sonra ölkədə 3 günlük matəm elan edib.
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hadisə nəticəsində azı 500 nəfərin öldüyünü açıqlayıb.
Fələstinli təcili yardım həkimi isə xəstəxananın önün verdiyi açıqlamada söyləyib ki, ölən insanları saya bilmirlər, onların çoxu parça-parça olub: “Bu, soyqırımıdır, onların ən azı 30-40 faizi uşaqlardır”.