Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi

Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi
Şanlı tariximizin şanlı səhifələrini yazan ümummilli liderimiz Heydər Əliyevin daxili siyasəti ilə yanaşı xarici siyasəti və dövlətlərarsı qurulmuş münasibətlər çox uğurlu və uzaqgörənliyi ilə diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin nitqində deyildiyi kimi: “Böyük siyasət aparmaq üçün bilik,təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi,təhlil etməyi və ondan nəticə çıxarmağı bacarasan.”
Eynən nitqində söylədiyi kimi təhlil etmiş və nəticə çıxararaq Azərbaycanı gündən-günə ölkələr arasında tanıtmış və ölkəni mədəni, iqtisadi, siyasi və s. sahələrdə irəli aparmışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran əsas vəzifələrdən birir ölkənin daxili siyasətini möhkəmləndirmək və xarici siyasətini müəyyən edərək yerinə yetirirlməsi dururdu. Belə ki, 1993-cü il xalqın istəyi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin ölkənin xarici siyasətini dəyişdirdi və bunu ölkənin maraqlarına uyğun etdi. Qonşu və dostluq münasibətində olduğumuz ölkələrlə əlaqələr daha da möhkəmləndirildi. Qafqaza regionunda marağı olan ölkələrin diqqətini Azərbaycana çəkmək və ölkəmizin maraqlarını bu ölkələrin maraqları uzlaşdırma siyasəti yürütməyə başladı. Əvvəlki hakimiyyət tərəfindən baş verən kobud səhvlər aradan qaldırılmağa başladı. Bunun üçün Ümummilli liderimiz Heydər Əliyev bir çox ölkələrdə səfərlərdə olur və bu ölkələrlə Azərbaycanın maraqlarını uyğunlaşdırırdı.Qısa müddət ərzində Qafqaz ölkələri arasında bağımsız olaraq güclü xarici siyasət aparan ölkəyə çevilkdik.Heydər Əliyev hər zaman düşünürdü ölkənin elə düşünülmüş, sağlam rəqabətli xarici siayəsi olmalıdır ki, onu dünya ölkələri sırasına apara bilsin və dünya ölkələri ilə əlaqə yarada bilsin.
Beləliklə 1993-cü ildən bəri ölkələr arasında həm siyasi, həm də iqtisadi sazişlər bağlanır, bunun ölkəmizin xeyrinə olduğunu Azərbaycanın əhatə dairəsinin genişlənməsi və ölkələrin marağına səbəb olması ilə görürdük. Bu Ulu öndər Heydər Əliyevin güclü xarici siyasətinin təsiri nəticəsində baş verirdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. 1993-cü il sentyabrın 20-də Azərbaycanın MDB-yə daxil olması, Alma-Ata bəyənnaməsi, Kollektivlik Təhlükəsizlik haqqında Müqavilə imzalanması mühüm əhəmiyyət kəsb edirdi. Ulu öndər Heydər Əliyev o zaman da bilirdi ki, MDB-yə daxil olmaq, Azərbaycanın həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni inkişafında irəliyə aparacaq.
1994-cü il 8 ölkənin və dünyanın böyük 13 şirkətinin qoşulduğu “Əsrin müqaviləsi” kontraktı həqiqətən Azərbaycanın xarici siyasəindı mühüm rola malikdir və həqiqətən bu müqavilə əsrin müqaviləsi oldu. Artıq ABŞ, Norveç, Səudiyyə Ərəbistan, Rusiya, Böyük Britaniya, Türkiyə, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycana yönəlməsi Heydər Əliyevin “neft diplomatiyasında” və ölkələrarası münasibətlərdə qazandığı uğur idi.Bundan sonra Rusiyanın Azərbaycanı dəstəkləməsi Xəzərin statusuna da bir çarə tapmağa imkan verdi. 2003-cü ildə Vladimir Putin Heydər Əliyevi Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafındakı uğurlara görə Rusiyanın ən yüksək dövlət mükaftı – “Andrey Pervozannı” ordeni ilə təltif etdi.
“Çıraq” yatağından çıxan ilk neftin Avropa bazarına çıxarılması üçün 1996-cı il fevralın 18-də çəkilmiş neft kəməri olan Bakı Novorissiysk marşrutu vasitəsi ilə həyata keçirildi. İkinci marşrut isə bizə daimi dəstək olan iqtisadi, siyasi əlaqələrimizi həmişə davam etdirdiyimiz Gürcüstan dəstək oldu. 1999-cü il aprelin 17-də Bakı–Supsa neft kəməri vasitəsi ilə Azərbaycan nefti ilk dəfə olaraq “Azərlight” markası ilə ixrac olunmağa başladı.
Qardaş ölkə olan Türkiyə ilə münasibətlərə nəzər yetirsək ,Azərbaycanın ilk səfirliyinin məhz Türkiyədə açıldığını görəririk. Ulu öndər Heydər Əliyev söyləmişdir: “Türkiyə və Azərbaycan qardaş dövlətdir”. 1991-ci il dekabrın 25-də Türkiyə ilə Naxçıvan arasında Araz çayı üzərində Ümüd körpüsün salınması, Azərbaycan “Əsrin müqaviləsi”-nin imzalanması, TRASEKA lahiyəsi, BTC kimi böyük lahiyənin imzalanması Azərbaycan və Türkiyə münasibətlərinin birlikdə inkişaf etdiyini göstərirdi. 1999-cu il noyabrın 18-də İstabulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cumhuriyyətinin əraziləri ilə Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bütün bunlar Azərbaycanın sərhəd ölkələrlə neft sahəsində münasibətlərin inkişafını göstərir.
Ulu öndər Heydər Əliyevin təşəbüsü ilə 7-8 sentyebr 1998-ci il tarixlərində Tarixi İpək yolunun bərpasına həsr olunmuş konfrans keçirilib.Konfransda 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldava, Ruminiya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyyəti iştirak edib.
Ulu öndər Heydər Əliyevin aardığı güclü xarici siyasət nəticəsində Aİ öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz daimi nümayəndəliyini 2000-ci ildə açmışdır.
2001 -ci ildə isə Azərbaycan Avropa Şurasına üzv qəbul olundu.
Ümummilli liderimiz güclü məntiqi,uzaqgörənliyi sayəsində Azərbaycan və bayrağı dünya ölkələri sırasında öz yerini tutdu.

Maştağa qəsəbəsi, 209 nömrəli məktəbin
müəllimi Könül Həsənova

Oxşar xəbərlər