Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanı nəinki regionda, həmçinin beynəlxalq arenada tanıtmağa və bir çox ölkələrlə, təşkilatlarla əlaqələrin qurulmasına böyük təkan vermişdir

Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanı nəinki regionda, həmçinin beynəlxalq arenada tanıtmağa və bir çox ölkələrlə, təşkilatlarla əlaqələrin qurulmasına böyük təkan vermişdir
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyi bərpa etdikdən sonra,müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini davamlı şəkildə inkişaf etdirməyə və milli mənafelərini qorumağa yönəlib. Bu baxımdan xarici dövlətlərlə həm siyasi, həm iqtisadi, həm də qarşılıqlı maraqlar doğuran müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə yönəlik addımlar atılmışdır. 1993-cü ildə ölkəmizin ən çətin anında,xalqın təkidi ilə hakimiyyətə qayıdan ümumilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycan xalqının xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu.
Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanı nəinki regionda, həmçinin beynəlxalq arenada tanıtmağa və bir çox ölkələrlə,təşkilatlarla əlaqələrin qurulmasına böyük təkan vermişdir. Bu ölkələrdən biridə Avropanın cənub-şərqində yerləşən qədim tarixi,mədəniyyəti və incəsənətilə tanınan Rumıniyadır. Rumıniya Azərbaycan dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında artan iqtisadi imkanlar, enerji və müxtəlif sahələr barədə aparılan danışıqlar və nəzərdə tutulan praktiki addımlar əməkdaşlığı daha da gücləndirmişdir. Ölkə prezidentləri arasında keçirilən görüşlər zamanı Ulu Öndər Heydər Əliyev daim Rumıniya və Azərbaycan Respublikaları arasındakı əməkdaşlıq, dostluq münasibətləri haqqında danışıb və hər iki ölkənin maraqlarına yönəlik addımlar atılıb. 1998-ci ildə Azərbaycan Respublikası və Ruminiya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında bəyannamə, 2002-ci ildə tərəfdaşlıq haqqında bəyannamə və iki ölkənin müxtəlif qurumları arasında iqtisadi və elmi- texniki sahələrdə sazişlər imzalanıb. 1995-ci ildə Ruminiya Prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda Ulu Öndər Ruminiya haqqında bu sözləri deyib. “Rumin xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğurunda mübarizəsi ilə dünyaya məşhurdu. Azərbaycanda Rumuniyanin, rumin xalqını yaxşı tanıyır, onun tarixinə qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər”.
Ulu Öndərimizin qurduğu dostluq və əməkdaşlıq münasibətləri bu gündə Cənab Prezidentimiz, Böyük Sərkərdə İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və daha da möhkəmləndirilməsi üçün bir sıra addımlar atılmaqdadır.

Sabuncu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Arzu Zəkəryəyeva

Oxşar xəbərlər