Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayırdı

Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayırdı
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən öncə milli mənafelərə əsaslanan xarici siyasət kursunu müəyyən etmişdi. Ulu öndər Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirərək: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam, düşünülmüş, uzaqgörən xarici siyasəti olmalıdır. Elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”, demişdir. Ulu öndər Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldərək: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə, İran, qonşu Gürcüstan, Rusiya, Amerika, Avropa dövlətləri, Ərəbistan dövlətləri, müsəlman dövlətləri, türkdilli dövlətlərlə, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır” söyləmişdir.
Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayırdı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərib və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq çevik manevrlər və xüsusi taktiki gedişlər etmişdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verilmişdi. Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranması isə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olduğunu nəzərə alaraq Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əməkdaşlığın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. Azərbaycan, Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını ehtiva edən beynəlxalq norma və prinsiplər əsasında tezliklə tənzimlənməsi qeyd edildi. Əminliklə söyləmək olar ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində vaxt Azərbaycanın xeyrinə işləmişdir. Ölkəmiz ildən-ilə güclənərək beynəlxalq mövqelərini möhkəmləndirmiş və bütün bunlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına olan ümidləri artırmışdır.
“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan” deyəndə Ulu öndər Heydər Əliyev Qarabağın qələbəsi üçün düzgün xarici siyasət apardığının bir daha şahidi oluruq.
“Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq, qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır”, - qəti formada söyləyən dahi şəxsiyyət bilirdik ki, onun davamçısı möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycanın müzəffər ordusu ilə birlikdə İkinci Qarabağ müharibəsində 44 gün və 2023-cü il 19 sentyabr “Anti-Terror əməliyyatı”nda 23 saat ərzində torpaqlarımızın bütövlüyünü təmin edəcək.
Ramana qəsəbəsi, 198N-li məktəbin direktoru Şəlalə Nadirova

Oxşar xəbərlər