Dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətin bir prosesdir

Dövlət    müstəqilliyinin qorunub saxlanılması  onun   qazanılmasından   daha çətin   bir prosesdir
Bu gün Azərbaycan bütün dünya ölkələri içərisində ən güclü bir dövlət kimi tanınır. İllər öncə Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq “ fikri bu gün özünü doğrultdu. Əslində Ulu Öndərin hakimiyyətdə olduğu Sovet İttifaqı dövründən apardığı iqtisadi və siyasi sahədə gördüyü işlər məhz illər sonralar üçün hesablanmışdı. Ulu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə bu dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Belə ki , 1993-2003-cü illər Ulu Öndər üçün həm məhsuldar, həm çətin və həm də çiçəklənən bir dövr oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının konstitusiyası dövlətin ali məqsədi kimi qəbul edildi və bununla da Azərbaycanın hüquqi dövlət kimi təməli qoyuldu.
Dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətin bir prosesdir. Ulu öndər Heydər Əliyev məzh bunu bildiyi üçün də bütün addımlarını cəsarətlə, mərdliklə atırdı.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti ilə sübut edirdi. Respublikada milli və dini bayramların keçirilməsi Azərbaycan xalqını bir daha mənən özünə qaytardı.
Ulu öndər Heydər Əliyev çətin bir dövrdə, müharibə dövründə də düzgün mövqe tutdu. Məkrli düşmənlərimizin və onların havadarlarının gücünü və planlarını nəzərə alaraq atəşkəsə nail oldu. Mənasız yerə gənclərimizin qırılmasının qarşısını aldı. Dilimiz, dinimiz qorundu etnik toqquşmalar aradan qaldırıldı.
Bu gün yurdumuzdakı sabitlik, daxili islahatlar xarici ölkələrə inteqrasiyaya müsbət təsir göstərir. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür. Ulu öndər Heydər Əliyev zamanəmizin Atatürkü adını qazanmışdır.
Ulu öndərin əsasını qoyduğu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ən əsası isə torpaqlarımız erməni işğalından azad edilmişdir. Respublikamızın təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır. Ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa imza atır.
Bu gün fəxr edirik ki, Azərbaycanın tarixində Heydər Əliyev kimi fenomen siyasətçi olmuşdur. Xalqımız Heydər Əliyevi daim yüksək ehtiramla xatırlayır. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər daima qəlblərdə yaşayacaqdır.

Ramana qəsəbəsi, 198 nömrəli məktəbin
rus dili müəllimi Ruhiyyə Qurbanova

Oxşar xəbərlər