Qarabağda xuntanın ləğvetməsi olacaq, təxliyə başlanacaq – Rusiyalı ekspert

Qarabağda xuntanın ləğvetməsi olacaq, təxliyə başlanacaq – Rusiyalı ekspert İndiki şəraitdə Qarabağdakı quldur rejimdəki istənilən “dəyişiklik” separatçılar üçün fəlakətli olacaq.

Bunu rusiyalı ekspert Modest Kolerov deyib.
Onun sözlərinə görə, “dəyişiklik” Bakıdan icazə almağı zəruri edəcək, Azərbaycan isə heç vaxt razılığa gəlməyəcək.

“Hazırda faktiki olaraq Qarabağın təslim olması prosesi baş verir və Arayik Arutyunyan da bununla məşğuldur.

İki il əvvəl məndə olan ilk məlumata görə, Araik Arutyunyanın iki ildən sonra gedəcəyini gözləyirdim. Bu baş verdi, bunu reallaşdırdı. Bu isə “dqr”in sonudur. Ondan sonra gələcək şəxs ancaq rejimin ləğvetmə komissiyası olacaq”, - Kolerov əminliklə bildirib.

Ekspert onu da qeyd edib ki, yeni gələn şəxsin əsas işi Qarabağdakı ermənilərin necə təxliyə etmək olacaq.

“Artıq onun Qarabağı Bakının nəzarətindən kənarda saxlamaq imkanları yoxdur. Ermənistan, Arayik imtina etdi, orada heç bir əlaqə yoxdur, Rusiya Ukraynada məşğuldur, Fransanın nəyəsə təsir etmək cəhdləri gülüncdür”, - deyə o yekunlaşdırıb.

Oxşar xəbərlər