
Moderator.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində rusiyalı politoloq, MDB ölkələri üzrə ekspert Aleksandr Dubnov yazıb.
“Ola bilsin ki, hətta Qərbin bu prosesdə rolu riyakar şəkildə qeyd olunsun. Amma KTMT-nin “Ermənistanı tərk etməsi” ilə nə ediləcəyini söyləmək çətindir. Problem daha çox mahiyyətlə yox, imiclə bağlıdır. Aydındır ki, bu gün Təşkilatdakı tərəfdaşlardan heç biri İrəvanı belə bir qərar vermək qətiyyətində dəstəkləməyəcək. Digər tərəfdən, Rusiya bu gün Ermənistanı silahla təmin etməyə çətin ki, hazırdır. Çünki özünün də bununla bağlı problemləri var"- deyə politoloq bildirib.
Ekspert əlavə edib ki, Qarabağın Azərbaycanın tərkibinə daxil olacağını təsdiqləyən sülh müqaviləsi imzalanarsa, sülhməramlılar bölgədən çıxarılmalı olacaq.
“Və Ermənistan KTMT-dən çıxsa, onun ərazisində ABŞ və ya NATO-nun hərbi infrastrukturunu, bazalarını yerləşdirmək hüququ olacaq...”- deyə rusiyalı politoloq vurğulayıb.