Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü olub. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.
Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini Türkiyə və Rumıniyadan sonra 12 dekabr 1991-ci ildə tanıyan ölkədir.
Öz növbəsində Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcək. Bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirib. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.
Prezident İlham Əliyevin cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatında qeyd etmişdir ki, Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırılıb.
İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistan olmuşdur. Pakistan beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində haqlı mövqeyimizi hər zaman dəstəkləmişdir.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva

Oxşar xəbərlər