Şahbaz Şərif: "Pakistan xalqı azərbaycanlı qardaşları ilə həmrəydir”

Şahbaz Şərif: Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə o, tviter hesabında yazıb:

“Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik.

Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”.

Oxşar xəbərlər