Əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, müstəqillik üçün mübarizə aparmışlar

Əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, müstəqillik üçün mübarizə aparmışlar
Ulu öndərimiz deyərdi, biz azadıq, biz müstəqilik, biz sərbəstik. Biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar amma buna nail ola bilməmişlər, biz buna nail olmuşuq və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da artıqdır.
Bu deyilənlərə nəzər salsaq, fikir dəryasının içərisində müstəqil və azad Azərbaycanı görüncə sanki möcüzə baş verdiyinin, bəlkə də zamanın necə idarə olunmasının sirlərinin nədən ibarət olmasını öyrənməyə başlayırsan, bu sirlərə yiyələndikcə isə bu yolun davamçısı olmağa çalışır və mücadilə etməli olursan. Həm də elə mücadilə ki, nə qədər çətinlik olursa olsun, qalib gələcəyinə inanır və sonda müzəffər bir insana çevriləcəyini əvvəlcədən əminlik hissi ilə bəyan edirsən.
Azərbaycanda yaşayan hər kəs üçün Ulu Öndərimiz deyərdi ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. 44 günlük müharibədə işğalçı dövlətlərə qarşı savaşda Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri qəhrəmancasına vuruşdular və hətta canlarından keçərək Ulu Öndərimizin dediyi Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur fikrini isbatladılar.
Ulu Öndərimizin kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur fikrinə nəzər salsaq, bu fikrin tarixi 2 noyabr 1993-cü ilə təsadüf edir, amma üstündən 30 ilə yaxın bir müddət keçməyinə baxmayaraq işğalçı ermənilərin Laçınımızda yaradılan keçid məntəqəsindən keçərək ölkəmizi tərk etdiklərini görüncə bir daha əmin olursan ki, Ulu Öndər Heydər Əliyevin irsinin ən layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev Ulu Öndərimizin bizlərə bəxş etdiyi xilaskar və ümid yerimizdir. Cənab Prezidentimiz çıxışında deyir ki, Ulu Öndərin və şəhidlərimizin ruhu şaddır bu gün.
Bu gün də və gələcəkdə də uğurlar qazanacağıq və bu uğurlar yalnız təməli Ulu öndərimiz tərəfindən qoyulan və elmi əsaslara söykənən uğurlu yolla getdiyimiz zaman qazanılacaq. Allaha şükürlər olsun ki, bizlərə uğurlu yolun formulasını verən Ulu Öndər Heydər Əliyev kimi dahi və onun layiqli davamçısı olan İlham Əliyev kimi prezident nəsib edib.
Sabunçu qəsəbəsi, 215 saylı tam orta məktəbin
direktoru Cavad Mustafayev

Oxşar xəbərlər