Azərbaycan xalqının müstəqillik əldə etməsində müstəsna xidməti olan yeganə insan Ulu Öndərimiz Heydər Əliyev idi

Azərbaycan xalqının müstəqillik əldə etməsində müstəsna xidməti olan yeganə insan Ulu Öndərimiz Heydər Əliyev idi
Hər hansı cəmiyyətin, xalqın, millətin ən ümdə milli ideyası azadlıq və müstəqillik qazanmaqdır. Artıq bütün dünyaya bəyan oldu ki, Azərbaycan xalqı öz müstəqil dövlətini qurmağa qadirdir. Azərbaycan xalqı da bu ideya uğrunda mübarizə apararaq yenidən müstəqilliyini qazanmağa nail oldu. Amma bu, xalqımız üçün heç də asan başa gəlmədi. Bunun üçün xalqımız min bir dərdin, sərin içindən keçməli oldu... Bu günlərin şahidi olanlara bunu xatırlamaq nə qədər çətin olsa da, o qədər də fərəhli və qürurvericidir. Müstəqillik ən qiymətli sərvətimizdir və bunu qoruyub saxlamaq üçün hamımız əlimizdən gələni etməliyik. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Çünki, tarixdə biz belə hadisələrlə də rastlaşmışıq.
Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış və milli azadlıq uğrunda mübarizə aparmışdır. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdı.
Azərbaycan xalqının müstəqillik əldə etməsində müstəsna xidməti olan yeganə insan Ulu Öndərimiz Heydər Əliyev idi. Nəinki biz, o hadisələrin şahidi olan insanlar, gələcək nəsillər də bunu bilməlidirlər. Bu hadisələr hər il qeyd olunmaqla gələcək nəsillərə çatdırılmalıdır. Əgər Ulu Öndəri Azərbaycan xalqı müdriklik göstərib hakimiyyətə dəvət etməsə idi müstəqilliyimizi itirmiş olardıq. Ona görə biz indi deyirik ki, müstəqilliyimiz əbədidir, dönməzdir. Bunun da çox gözəl bünövrəsi Ulu Öndərimiz tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin ən böyük əsəri müstəqil Azərbaycan Respublikasıdır. Bizim də, gələcək nəsillərin də vəzifəsi bunu qoruyub saxlamaq və nəsildən-nəslə ötürməkdir. Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.

Ramana qəsəbəsi, 198 nömrəli məktəbin
İnformatika müəllimi Gülər Qasımzadə

Oxşar xəbərlər