Ulu Öndərimizin qurucusu olduğu YAP çətin və şərəfli bir yol keçib

Ulu Öndərimizin qurucusu olduğu YAP çətin və şərəfli bir yol keçib

1992-ci ilin oktyabrında bir müxalifət partiyası kimi yaranan YAP qısa bir müddətdə respublikada ən böyük siyasi təşkilata çevrildi. Başqa cürdə ola bilməzdi, çünki partiyaya rəhbərlik edən Ulu Öndərimiz Heydər Əliyev özünün uzaqgörən siyasəti ilə Azərbaycanın problemlərinin tez bir zamanda həlli üçün bütün imkanlarını ortaya qoymuşdu.
Bu partiya zamanın tələbi ilə yaradıldı və özünə olan etimadı yüksək səviyyədə doğrultdu.
Partiyanın hər bir üzvünün müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək və dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırmaqdan ibarətdir.
Ulu Öndərimizin qurucusu olduğu YAP çətin və şərəfli bir yol keçib. Bu gün YAP nəinki ölkəmizin, bütövlükdə regionun ən güclü siyasi partiyasıdır. Möhkəm təməli olan bu təşkilat zamanın tələbi ilə yaradıldı və özünə olan etimadı yüksək səviyyədə doğrultdu.
“Əsrin müqaviləsi”, Azərbaycan Ordu quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, əhalinin sosial vəziyyətinin yaxşılaşması YAP-ın qarşıya qoyduğu vacib məsələlərdir.
Vətən, torpaq sevgisi YAP-ın qarşıya qoyduğu məsələlərdən ən öncülüdü. Təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş Ordu quruculuğu inkişaf etdirilmiş və regionun ən güclü Ordusuna çevrilmişdir. 44 günlük müharibədə xalqımızın qələbəsi, torpaqlarımızın azad edilməsi və.s illər boyu davam edən bu quruculuğun bariz nümunəsi idi. Bu, belə də olmalı idi çünki, Ordumuzun Ali Baş Komandanı partiyamızın lideri, möhtərəm prezidentimiz İ.Əliyev cənabları idi.
YAP-ın uğurlarının rəhnində partiya özvlərinin öz liderinə qarşı inam, sədaqəti, böyük sevgi və məhəbbəti dayanır. Günü-gündən öz sıralarının sayını genişləndirən YAP öz lideri sayəsində bundan sonra da Azərbaycan xalqının rifahı, müstəqilliyimizin əbədi olmağı üçün qətiyyətlə və inamla xoşbəxt gələcəyə doğru irəliləyir.

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
GÇH rəhbəri Kamilan Qocayev


Oxşar xəbərlər