30 illik Qürur!

30 illik Qürur! Tarixən hamımızın məlumudur ki, respublikamız 2 dəfə suverenlik sevincini yaşamışdır. Tarix sübut edir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir.. İlk müstəqilliyimizi 1918-ci ilin 28 mayında qazansaq da, cəmi 2 il sürən bu xoşbəxtliyi, qüruru yalnız 71 il sonra təkrar yaşaya bilmişik.

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması azadlığımızın qazanılması yolunda çox əlverişli zəmin hazırlamışdı. 1991-ci ilin 18 oktyabrında Ali Sovetin sessiyasında 28 May Azərbaycan Xalq Cumhuriyyətinin varisi və tarixi sənədimiz olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir..

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.. Azərbaycan Respublikası öz əzəli və əbədi müstəqilliyini möhkəm əsaslarla bərpa edir! Bu sənədlə həm də Bayrağımız, Gerbimiz, Himnimiz yenidən təsdiqini tapır..

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. O iradəsini, əzmini əziz xalqının gücü ilə birləşdirdi və azadlıq yolunda atdığımız bütün addımlar daha da möhkəmlənib əbədiləşdi..

Ulu Öndər deyirdi “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bircə bu amal üçün, bu an üçün illərlə əziyyətlərə qatlaşmışıq. Azərbaycan müstəqildir və heç vaxt heç kəsdən asılı olmayacaq, öz taleyini, öz müqəddəratını yanlız özü həll edəcəkdir”..

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir.

Azərbaycan bu gün həm siyasi,  həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Əminə Vahid qızı

Oxşar xəbərlər