
Azərbaycan xalqı da dünyaya Heydər Əliyev kimi dahi bir şəxsiyyət bəxş etdiyi üçün çox xoşbəxtdir. Xalqımız Ulu öndəri özünə çox böyük dayaq və güvən yeri bilmişdir.Ulu öndərdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə “Yol”dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənimizə, xalqımıza sədaqətlə çalışmağı ondan öyrəniblər. Bu yolun ən layiqli davamçılarından biri Ali Baş Komandanımız İlham Əliyevdir.Respublikamızda aparılan daxili, xarici siyasət, 44 günlük Zəfər qələbəsi bunun baris nümunəsidir. İllər öncə Heydər Əliyevin dediyi- “İlham Əliyev yüksək intelektli, praqmatik düşüncəli,müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəmki, həm İlham Əliyev həmdə Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki,mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm” fikiri bu gün tam öz təsdiqini tapdı. II Qarabağ müharibəsində 2907 şəhid olmuş Qəhrəmanlarımız,qazilərimiz, xalqımız “Dəmir Yumruq” adı altında bir ağızdan “Qarabağ Azərbaycandır” deyib Ali Baş Komandanımızla birləşdilər və “Ata vəsiyyətini” yerinə yetirdilər. 30 illik Qarabağ həsrətinə, niskilinə, göz yaşlarına son qoydular. 44 günlük haqq yolunda qazandığımız qələbə Azərbaycan xalqının nə qədər qəhrəman, cəsarətli, əzmkar olduğunu bir daha dünyaya sübut etdi.
Ulu öndərimizin ruhu bu gün şaddır. Çünki onun siyasi kursunu uğurla davam etdirən Ali Baş Komandanımız İlham Əliyev var.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
müəllimi Esmira Qurbanova