Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir
Ümummilli lider Heydər Əliyevin böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanın müstəqilliyini əbədiyyətə çevirdi, xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdı və hüquqi, sivil, demokra¬tik dövlət quruculuğu istiqamətində qətiy¬yətlə irəliyə apardı .
Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər, ilk növbədə, hüquqi dövlət quruculuğu istiqamətində qarşıya mühüm vəzifələr qoydu. Ümummilli lider Heydər Əliyev həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş dövlətin inkişafında zəngin qanun¬vericilik bazasının yaradılmasını, qanu¬nun aliliyinin təminatını prioritet sayaraq demişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyər¬lərdən səmərəli istifadə edərək demokra¬tik dövlət quruculuğu yolu ilə getməlidir”.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Azərbaycan xalqı onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin əziz xatirəsinə ehtiramın ən yüksək səviyyədə nümayiş olunması baxımından olduqca mühüm hadisədir.
Ümummilli liderin anadan olmasının 100 illiyi xalqımız tərəfindən yüksək səviyyədə qeyd edilir. Bu Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva

Oxşar xəbərlər